...

Azərbaycan güləşçilərinin dünya çempionatında rəqibləri məlum olub

İdman Materials 4 Sentyabr 2012 11:18 (UTC +04:00)
Bu gün Taylandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı başlayır.
Azərbaycan güləşçilərinin dünya çempionatında rəqibləri məlum olub

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Bu gün Taylandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı başlayır.

Azərbaycan Güləş Federasiyasından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçilərinin mübarizəsi baş tutacaq.

Püşkatmanın nəticələrinə görə güləşçilərimizin rəqibləri aşağıdakı kimidir:

50 kq
1/16 final - Gholikiani Ashkan Hasan (İran) - Bazarov Murad (Azərbaycan)

60 kq
1/16 final - Tağıyev Rövşən (Azərbaycan) - Xaçatryan Vazgen (Ermənistan)

74 kq
1/16 final - Eisele Pascal (Almaniya) - Ertuqanov Şamil (Azərbaycan)

96 kq
1/8 final - Sunil Sunil (Hindistan) - Abdullayev Abas (Azərbaycan)

Xəbər lenti

Xəbər lenti