...

"Neftçi" iştirak ərizəsini UEFA-ya göndərib

İdman Materials 4 Sentyabr 2012 11:34 (UTC +04:00)
UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək "Neftçi" futbol klubu iştirak ərizəsini UEFA-ya göndərib.
"Neftçi" iştirak ərizəsini UEFA-ya göndərib

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Avropa Liqasının qrup mərhələsində çıxış edəcək "Neftçi" futbol klubu iştirak ərizəsini UEFA-ya göndərib. Bu barədə Trend-ə klubun mətbuat xidmətindən məlumat verilib.

Siyahıda 24 futbolçu yer alıb ki, onlardan da yalnız yarımmüdafiəçi Kamil Nurəhmədovun adı iştirak ərizəsinə əlavə edilib. Ümumilikdə isə siyahıda dəyişiklik olmayıb.

"Neftçi" Avroliqanın qrup yarışlarında aşağıdakı futbolçularla iştirak edəcək:

Qapıçılar: Emil Balayev, Rəşad Əzizov, Saşa Stamenkoviç

Müdafiəçilər: Saşa Yunisoğlu, Tərlan Quliyev, İqor Mitreski, Bruno Bertuççi, Mahir Şükürov, Kərim Diniyev, Elvin Yunuszadə

Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Rodriqinyo, Flavinyo, Djulius Vobay, Erik Ramos, Araz Abdullayev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Kamil Nurəhmədov

Hücumçular: Elşən Abdullayev, Nikolas Kanales, Bahadır Nəsimov, Emin Mehdiyev, İlham Allahverdiyev

Xəbər lenti

Xəbər lenti