...

Türkiyənin "Eskişəhirspor" klubunun futbolçusu vəfat edib

İdman Materials 5 Sentyabr 2012 10:14 (UTC +04:00)
Türkiyənin “Eskişəhirspor” futbol komandasının müdafiəçisi Ediz Bahtiyaroğlu çərşənbə gününə keçən gecə öz evində ürək tutmasından vəfat edib.
Türkiyənin "Eskişəhirspor" klubunun futbolçusu vəfat edib

Azərbaycan, Bakı, 5 sentyabr / Trend, müxbir X.Murtuzayeva/

Türkiyənin "Eskişəhirspor" futbol komandasının müdafiəçisi Ediz Bahtiyaroğlu çərşənbə gününə keçən gecə öz evində ürək tutmasından vəfat edib. Trend-in məlumatına görə, xəbəri Türkiyə KİV-i yayıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, 26 yaşlı Edizin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Bosniya və Herseqovina əsilli oyunçu bundan əvvəl "Ankaraspor", "Ankaragücü" və "Bucaspor" komandalarının formalarını geyinib. O, ötən futbol mövsümündə "Eskişehirspor"a transfer olunmuşdu.

Edizin vəfatı ilə bağlı xəbərin sürətlə yayılmasından dərhal sonra "Eskişehirspor" futbol klubu rəsmi internet saytında açıqlama yayıb. "Ediz Bahtiyaroğlunu bu gecə keçirdiyi narahatlıq nəticəsində itirdik. Özünə Allahdan rəhmət, ailəsinə və bütün futbol ictimaiyyətinə başsağlığı diləyirik", - açıqlamada deyilir.

Xəbər lenti

Xəbər lenti