...

U-17 qadınlararası dünya çempionatında iştirak edən komandaların baş məşqçiləri təşkilatçılıqdan razıdırlar

İdman Materials 1 Oktyabr 2012 09:40 (UTC +04:00)
Bakıda keçirilən FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edən komandaların baş məşqçiləri təşkilatçılıqdan razıdırlar.
U-17 qadınlararası dünya çempionatında iştirak edən komandaların baş məşqçiləri təşkilatçılıqdan razıdırlar

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Bakıda keçirilən FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edən komandaların baş məşqçiləri təşkilatçılıqdan razıdırlar.

Azərbaycan dünya çempionatını yüksək səviyyədə təşkil edib. Trend-in məlumatına görə, bunu Çinin 17 yaşlı qızlardan ibarət yığma komandasının baş məşqçisi Conqlay Canq mətbuat konfransında deyib.

"Biz çox razıyıq. Hotel şəraiti, yemək və oyunların keçirilmə qrafiki bizi tam qane etdi", - çalışdırıcı bildirib.

Qana millisinin baş məşqçisi Mesud Drame də çempionatın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

"Yaradılmış şəraitdən çox razıyıq. Növbəti mərhələyə vəsiqə qazandıq. Bu şəraitdən yararlanmaqda davam edirik", - Drame deyib.

Xəbər lenti

Xəbər lenti