...

Lüksemburq Azərbaycanla oyunu öz stadionunda keçirməyə bilər

İdman Materials 13 Oktyabr 2012 11:39 (UTC +04:00)
FIFA futbol üzrə DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa öz mərkəzi stadionunda ev oyunlarını keçirmək qadağası qoyub.
Lüksemburq Azərbaycanla oyunu öz stadionunda keçirməyə bilər

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir M.Əliyev/

FIFA futbol üzrə DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa öz mərkəzi stadionunda ev oyunlarını keçirmək qadağası qoyub.

Trend-in Rusiya KİV-lərə istinadən verdiyi məlumata görə, Lüksemburq Futbol Assosiasiyasının qarşısında FIFA-nın tələblərini yerinə yetirmək tələbi qoyulub. Tələbə əsasən, Lüksemburqun mərkəzi stadionunun ən azından bir mərkəzi tribunasının üstü örtülməlidir.

Qeyd edək ki, DÇ 2014-ün seçmə mərhələsinin F qrupunda mübarizə aparan Lüksemburq növbəti ev oyununu 2013-cü il martın 22-də məhz Azərbaycan millisinə qarşı keçirəcək. Yaxın aylarda FIFA-nın tələbi yerinə yetirilməyəcəyi təqdirdə, Lüksemburq Azərbaycan millisi ilə oyun üçün alternativ arena seçməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti