...

Yunis Huseynov “Xəzər-Lənkəran”ın vacib xal itkisinə necə bəraət qazandırdı?

İdman Materials 21 Oktyabr 2012 20:25 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Premyer Liqanın növbəti oyununda xal itkisi ilə üzləşməsinə bəraət qazandırıb.
Yunis Huseynov “Xəzər-Lənkəran”ın vacib xal itkisinə necə bəraət qazandırdı?

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

"Xəzər-Lənkəran" klubunun baş məşqçisi Premyer Liqanın növbəti oyununda xal itkisi ilə üzləşməsinə bəraət qazandırıb.

"Bu, cari mövsümdə Lənkərandakı ikinci oyunumuz idi. Gərgin oyun oldu. Öz səhvimizdən qapımızda qol gördük. Qarşıdakı oyunlara hazırlaşacağıq". Trend-in məlumatına görə, Premyer Liqanın doqquzuncu turunda "Qəbələ" ilə oyundan (1:1) sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov belə deyib.

"Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov isə oyundan sonra keçirilən mətbuat konfransında deyib ki, Lənkərana üç xal qazanmaq üçün gəlmişdilər.

"Ancaq bərabərlik qeydə alındı. Biz iki xal itirdik. 77 dəqiqə öndə olduq. "Xəzər-Lənkəran" kimi komanda ilə bu qədər uzun vaxt öndə olmaq da uğur hesab oluna bilər. Penaltidən qol buraxdıq. Gələcək oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq" Məmmədov deyib.

Qeyd edək ki, bu gün Premyer Liqanın keçirilən digər oyunda "Sumqayıt" klubu ev oyununda "Rəvan"a 0:1 hesabıyla uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti