...

Azərbaycan gimnastı beynəlxalq turnirlərdə medal kolleksiyasını artırmağa davam edir

İdman Materials 5 Noyabr 2012 14:28 (UTC +04:00)
Azərbaycan gimnsatı Lalə Yusifova başa çatan idman ilinin yekun beynəlxalq turnirlərində medal qazanmağa davam edir.
Azərbaycan gimnastı beynəlxalq turnirlərdə medal kolleksiyasını artırmağa davam edir

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Azərbaycan gimnsatı Lalə Yusifova başa çatan idman ilinin yekun beynəlxalq turnirlərində medal qazanmağa davam edir. Brno şəhərində Qran-pri seriyalı yarışların son mərhələsi də bu baxımdan istisna təşkil etməyib. Belə ki, bakılı gimnast həmin yarışda iki dəfə gümüş medala sahib çıxıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib.

"Çoxnövçülük üzrə yarışların ilk günündə fəxri kürsüyə çıxmaq üçün Laləyə cüzi bal kifayət etməyib. Final günü elan edilmiş yarışların ikinci günündə gimnastımızın gürz və lentlə hərəkətlərdə qazandığı medallar təşkilatçıların qaliblərə mükafat və diplomlarla birgə verdiyi büllur bogemanı kölgədə qoyub", - məlumatda deyilir.

"Son 4 startda Lalə sabit olaraq yaxşı nəticələr göstərir. O, inkişafdadır və bu, çox yaxşıdır! Lalənin cəmi 16 yaşı var. Belə gənc və təcrübəsiz gimnast üçün Brnoda bu cür çıxış yaxşı göstəricidir. O daha çox uğur qazana biləcəkmi? Hər şey onun öz üzərində necə işləməsindən asılı olacaq. Tezliklə biz növbəti mövsüm üçün yeni proqram hazırlamağa başlayacağıq. Fikrimcə, bu proqram çox maraqlı və sıxdır", - baş məşqçi vurğulayıb.

Bu arada, ölkə yığmasının lideri Aliyə Qarayeva İtaliyanın A1 klub çempionatının ikinci turunda çıxış edib. Yarışlar Çieta şəhərciyində baş tutub. Onun təmsil etdiyi "Ritmika Pyemont" komandası 10-cu yeri tutub, Qarayevanın özü isə halqa ilə hərəkətlərə görə 27,15 ball qazanıb. Qarayeva kollektiv yarışlarda birinci nəticə, halqa ilə tapşırıqda isə gimnastlar arasında üçüncü nəticə göstərib. A seriyasının üçüncü turu noyabırn 17-də Perucada olacaq.

Milli komandanın gimnastları isə Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 20 illiyinə həsr edilmiş təntənələrdə iştirak ediblər. Dənizkənarı Milli Parkda müxtəlif idman federasiyalarının, o cümlədən Gimnastika Federasiyasının stendləri quraşdırılıb. Stendlərdə Azərbaycan atletlərinin bu idman növlərində uğurları əks olunub. Gimnastların özləri isə nümunəvi nömrələrlə çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti