...

"Mançester Siti"nin baş məşqçisi diskvalifikasiyadan qaça bildi

İdman Materials 7 Noyabr 2012 18:44 (UTC +04:00)
UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Ayaks" klubu (Niderland) ilə oyunun baş hakimini tənqid etdiyinə görə "Mançester Siti"nin (İngiltərə) baş məşqçisi Roberto Mançinini cəzalandırmamaq qərarına gəlib.
"Mançester Siti"nin baş məşqçisi diskvalifikasiyadan qaça bildi

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Ayaks" klubu (Niderland) ilə oyunun baş hakimini tənqid etdiyinə görə "Mançester Siti"nin (İngiltərə) baş məşqçisi Roberto Mançinini cəzalandırmamaq qərarına gəlib. Bu barədə Trend Rusiya mətbuatına istinadən məlumat verir.

Qeyd edək ki, italiyalı mütəxəssis final fitindən sonra matçın baş hakimi Peter Rasmussen ilə söhbət etmək üçün meydançaya daxil olaraq hakimin idarəçiliyindən xeyli narazı qaldığını bildirib.

Dünən 2:2 hesabı ilə başa çatan oyunda ən azı iki mübahisəli epizod olub. Bunlardan biri Serxio Aqueronun hesaba alınmayan qolu, digəri isə Mario Balotelliyə qarşı qayda pozuntusuna görə təyin edilməyən penaltidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti