...

Moskvada Azərbaycan və Ermənistan güləşçiləri qarşılaşacaqlar

İdman Materials 10 Noyabr 2012 13:21 (UTC +04:00)
Moskvada "Avropa Millətlər Kuboku" yarışları davam edir. Reqlamentə əsasən, yarışların ikinci günündə sərbəst və yunan-Roma güləşi üzrə qrup görüşləri keçirilir.
Moskvada Azərbaycan və Ermənistan güləşçiləri qarşılaşacaqlar

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Moskvada "Avropa Millətlər Kuboku" yarışları davam edir. Reqlamentə əsasən, yarışların ikinci günündə sərbəst və yunan-Roma güləşi üzrə qrup görüşləri keçirilir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan güləşçiləri yunan-Roma növü üzrə yarışlarda iştirak edirlər. Püşkatmanın nəticələrinə əsasən, güləşçilərimiz Ukrayna və Ermənistandan olan həmkarları ilə eyni qrupda yer alıb. Digər yarımqrupda isə Rusiya, Bolqarıstan və Macarıstan komandaları mübarizə aparır.

Final görüşləri noyabrın 11-də keçiriləcək.

Yunan-Roma güləşi üzrə yığma komandamız yarışda böyük məşqçi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında iştirak edir. Heyətdə Orxan Əhmədov (55 kq), Sakit Cəlilov (60 kq), Həsən Əliyev, Rəsul Çunayev (hər ikisi 66 kq), Elvin Mürsəliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti