...

Azərbaycanın yunan-roma güləşçiləri Avropa Millətlər Kubokunda ikinci oldu

İdman Materials 11 Noyabr 2012 17:23 (UTC +04:00)
Azərbaycanın yunan-roma güləşçiləri Avropa Millətlər Kubokunda ikinci oldu.
Azərbaycanın yunan-roma güləşçiləri Avropa Millətlər Kubokunda ikinci oldu

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Moskvada "Avropa Millətlər Kuboku" yarışları başa çatıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, reqlamentə əsasən, yarışların ikinci və üçüncü günündə sərbəst və yunan-Roma güləşi üzrə görüşlər keçirilib.

Azərbaycan güləşçiləri yunan-Roma növü üzrə yarışlarda iştirak edib. Püşkatmanın nəticələrinə əsasən, Ukrayna və Ermənistan komandaları ilə eyni qrupda yer alıb. Digər yarımqrupda isə Rusiya, Bolqarıstan və Macarıstan komandaları mübarizə aparıb.

Qrupda keçirdiyi hər iki görüşü qələbə ilə başa vuran güləşçilərimiz finala vəsiqə qazanıb. Finalda komandamızın rəqibi Rusiya güləşçiləri olub. Güləşçilərimiz görüşü məğlub başa vurub və Avropa Millətlər Kubokunda ikinci yeri tutub.

Yunan-Roma güləşi üzrə yığma komandamız yarışda böyük məşqçi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında iştirak edir. Heyətdə Orxan Əhmədov (55 kq), Sakit Cəlilov (60 kq), Həsən Əliyev, Rəsul Çunayev (hər ikisi 66 kq), Elvin Mürsəliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti