...

Ronaldo tibbi müayinədən keçəcək

İdman Materials 12 Noyabr 2012 17:24 (UTC +04:00)
Madridin "Real" komandasının hücumçusu Kriştiano Ronaldo İspaniya çempionatının 11-ci turu çərçivəsində "Levante" ilə oyunda gözündən dirsək zərbəsi aldıqdan sonra müəyyən müddət görmə qabiliyyətini itirib.
Ronaldo tibbi müayinədən keçəcək

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Madridin "Real" komandasının hücumçusu Kriştiano Ronaldo İspaniya çempionatının 11-ci turu çərçivəsində "Levante" ilə oyunda gözündən dirsək zərbəsi aldıqdan sonra müəyyən müddət görmə qabiliyyətini itirib. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "Real"ın baş məşqçisi Joze Mourinyo bildirib.

"Rəqib futbolçu ilə toqquşmadan sonra Ronaldonun başı gicəllənib və birinci hissənin sonuna özünü pis hiss edib. Fasilədə Ronaldo pis görməyə başlayıb və matçı davam etdirə bilməyib. Bu gün Ronaldo Madrid xəstəxanasında tibbi müayinədən keçəcək", - portuqaliyalı çalışdırıcı qeyd edib.

Xatırladaq ki, "Real"ın "Levante"ni səfərdə 2-1 heabı ilə məğlub etdiyi matçda ev sahiblərinin qapısına ilk qolu 21-ci dəqiqədə məhz Ronaldo vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti