Con Terri ay yarım komandasına kömək edə bilməyəcək

İdman Xəbər 13 Noyabr 2012 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

"Çelsi"nin müdafiəçisi Con Terri bir ay yarım yaşıl meydanlardan uzaq qalacaq.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, İngiltərə çempionatının 11-cu turu çərçivəsində "Liverpul"la oyunda zədələnən Terri 6 həftəlik sıradan çıxıb.

Xatırladaq ki, 1:1 hesabı ilə başa çatan matçda Terri zədə səbəbindən oyunda sona qədər çıxış edə bilməmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti