Azərbaycan, Bakı, 2 dekabr /Trend/
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun bütün oyunları keçirilib.
Trend-in məlumatına görə, "Qəbələ" evdə "Bakı"ya 0:2, "Sumqayıt" "Simurq"a 0:1 hesabı ilə uduzub. "Turan" isə doğma azarkeşləri önündə "Kəpəz"i darmadağın edib - 5:1. "İnter" doğma meydanda "Rəvan"ı 2 cavabsız qolla keçib. "Xəzər Lənkəran" - AZAL oyunu isə güclü duman
səbəbindən yarımçıq dayandırılıb. Oyunun qalan hissəsi dekabrın 3-də keçiriləcək.
Turun son və mərkəzi qarşılaşması Bakıda baş tutub. Burada yerli "Neftçi" klubu "Qarabağ" komandasını sınağa çəkib. Vüqar Nadirov matçın 12-ci dəqiqəsində vurduğu qol "Qarabağ"a qələbə qazandırıb - 1:0.
Hazırda İnter və Simurq turnir cədvəlində 26 xalla birinci və ikinci yeri bölüşdürürlər, "Qarabağ" isə 24 xalla üçüncü pillədə qərarlaşıb.