Azərbaycan, Bakı, 3 dekabr /Trend/
Bu gün Azərbaycan Premyer Liqasının XV turundan təxirə salınmış bir oyun keçirilib.
Trend-in məlumatına görə, güclü duman səbəbindən dünən yarımçıq dayandırılan "Xəzər Lənkəran" - AZAL matçı bu gün qaldığı yerdən davam etdirilib.
Qeyd edək ki, hesab 1:1 olarkən matçın 57-ci dəqiqəsində baş hakim Rəhim Həsənov stadionu qatı duman bürüməsi və topun görünməməsi səbəbindən oyunu təxirə salmışdı.
Bu gün davam edən oyunda AZAL bir qol vurmağı bacarıb. Oyun 1:2 hesabıyla qonaqların xeyrinə bitib.