Azərbaycan, Bakı, 4 dekabr /Trend/
UEFA-nın dəvəti ilə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 5-də Ukraynanın Donetsk şəhərindəki Donbass Arenada keçiriləcək "Şaxtyor" (Ukrayna) - "Yuventus" (İtaliya) oyununun təşkilat komitəsinin tərkibində çalışacaq.
Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ukraynaya səfərə gedən və UEFA-nın media nümayəndəsinin assistenti olan Mikayıl Nərimanoğlu media işləri ilə bağlı təşkilati məsələləri izləyəcək və bununla əlaqədar münasibətini bildirəcək.
Qeyd edək ki, bu təyinat ölkəmizin idman mediasi tarixində ilk hadisədir.