...

Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanan komandalar məlum olub

İdman Materials 6 Dekabr 2012 09:08 (UTC +04:00)
UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.
Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanan komandalar məlum olub

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.

Trend-in məlumatına görə, son oyun günündə daha 8 qarşılaşma baş tutub.

Bu oyunlardan sonra E, F, G və H qruplarında da 1/8 finala vəsiqə qazanan komandalar məlum olub:

"Şaxtyor" (Ukrayna) - "Yuventus" (İtaliya) - 0:1
"Çelsi" (İngiltərə) - "Nordsyaelland" (Danimarka) - 6:1
"Lill" (Fransa) - "Valensiya" (İspaniya) - 0:1
"Bavariya" (Almaniya) - BATE (Belarus) - 4:1
"Seltik" (Şotlandiya) - "Spartak" (Moskva, Rusiya) - 2:1
"Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya) - 0:0
"Braqa" (Portuqaliya) - "Qalatasaray" (Türkiyə) - 1:2
"Mançester Yunayted" (İngiltərə) - "ÇFR Kluj" (Rumıniya) - 0:1

Beləliklə, PSJ, "Porto", "Şalke", "Arsenal", "Malaqa", "Milan", "Borussiya" (Dortmund), "Real" (Madrid) komandalarından sonra, "Yuventus", "Şaxtyor", "Bavariya", "Valensiya", "Barselona", "Seltik", "Mançester Yunayted" və "Qalatasaray" klubları da 1/8 finala vəsiqə qazanıblar.

Çempionlar Liqasında 1/8 finalın püşkatma mərasimi sabah keçiriləcək. Reqlamentə əsasən, qrup qalibləri ikinci pillənin sahibləri ilə qarşılaşacaq. Qrupu lider kimi başa vurmuş komandalar ilk oyunlarını səfərdə keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti