...

Böyüklər arasında güləş üzrə Azərbaycan çempionatı başlayır

İdman Materials 7 Dekabr 2012 14:27 (UTC +04:00)
18-21 dekabr 2012-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək.
Böyüklər arasında güləş üzrə Azərbaycan çempionatı başlayır

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

18-21 dekabr 2012-ci il tarixdə "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gənclər və İdman Nazirliyi və Federasiyanın birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamam olmuş, 1994-cü il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq.

Şəxsi yarışda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.
Proqrama əsasən dekabrın 18-19-da yunan-Roma güləşçiləri, 20-21 dekabrda isə sərbəst güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək. İlkin və təsəlliverici görüşlər hər gün saat 10.00-da başlayacaq. Yarışların təntənəli açılış mərasimi 18 dekabr saat 17.00-da keçiriləcək.

Bütün güləş azarkeşlərini yığma komandaların heyətini birlikdə seçməyə dəvət edirik. Gəlin, güləşçilərimizə dəstək olun!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti