Azərbaycan, Bakı, 11 dekabr /Trend/
13-15 dekabr 2012-ci il tarixdə Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında Ümumrusiya ənənəvi beynəlxalq turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnirdə yeniyetmələrdən ibarət yığma komandamız da iştirak edəcək.
Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında yığmamız sabah Dağıstana yola düşəcək. Heyətdə 12 güləşçi yer alıb. Sabutay Əmişov (42 kq), Nihat Bağırzadə, Elvin Namazov, Mahal Novruzov (hamısı 46 kq), Mahir Əmiraslanov (50 kq), Məhəmməd Həsənzadə (58 kq), Məhəmmədəli Əliyev (63 kq), Loğman Ağayev (69 kq), Turxan Qurbanov, Rüstəm Hacıbəyov (hər ikisi 85 kq), İqbal Hacızadə və Sadiq Ağamalıyev (hər ikisi 100 kq) yığmamızı turnirdə təmsil edəcək.