Azərbaycan, Bakı, 14 dekabr /Trend/
Bu gün Azərbaycan Premyer Liqasında XVII turun oyunlarına start verilib.
Trend-in məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Xəzər Lənkəran" doğma meydanda "Neftçi"ni qəbul edib.
"Böyük oyun"da ilk qol meydan sahiblərindən gəlib - 6-cı dəqiqədə Dmitrios Sialmas fərqlənib. "Neftçi"nin cavab qolunu isə Nikolas Kanales vurub (53-cü dəq. - penalti).
Matçın əsas vaxtına 6 dəqiqə qalmış Adrian Pirt "Xəzər Lənkəran"ı yenidən önə keçirib (2:1).
Qeyd edək ki, XVII turun qalan görüşləri sabah və birigün keçiriləcək.