...

Ferqyusson: Qvardiola işə qayıtmağı planlaşdırmır

İdman Materials 20 Dekabr 2012 15:05 (UTC +04:00)
İngiltərənin "Mançester Yunayted" futbol klubunun baş məşqçisi Aleks Ferqyusson Xosep Qvardiolanın iş planlarından xəbərdar olduğunu deyib.
Ferqyusson: Qvardiola işə qayıtmağı planlaşdırmır

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

İngiltərənin "Mançester Yunayted" futbol klubunun baş məşqçisi Aleks Ferqyusson Xosep Qvardiolanın iş planlarından xəbərdar olduğunu deyib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, şotlandiyalı mütəxəssis bildirib ki, bu yaxınlarda "Barselona"nın sabiq baş məşqçisi Qvardiola ilə əlaqə saxlayıb.

"O, hələ ki işə qayıtmağı planlaşdırmır. Qvardiolanın hansı kluba keçəcəyi barədə mülahizə yürütməyi məsləhət görmürəm. Bununla belə, Qvardiolanın qazandığı uğurlar diqqətəlayiqdir", - Ferqyusson qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti