Azərbaycan, Bakı, 24 dekabr /Trend/
Dekabrın 25-26-da Ukraynanın Brovarı şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında IV beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yeniyetmələrdən ibarət yığma komandanın üzvləri dəvətə əsasən bu mötəbər beynəlxalq turnirdə mütəmadi olaraq iştirak edirlər.
Komandanın məşqçisi Vahid Məmmədovun rəhbərliyi altında turnirə Vasif Niyazlı (42 kq), Orxan Abbasov (46 kq), Əfqan Xaşalov (50 kq), Ruslan Abdullayev (58 kq) və İqbal Hacızadə (100 kq) yollanıb.