Azərbaycan, Bakı, 28 dekabr /Trend/
Məşhur müğənni Şakira və onun nişanlısı, İspaniyanın "Barselona" klubunun oyunçusu Xerard Pikenin ilk övladları dünyaya gəlib.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Pike özü "Twitter" səhifəsində bildirib.
"Bizim oğlumuz dünyaya gəldi! Biz çox xoşbəxtik! Hamıya mesajlara görə təşəkkür edirik", - Pike özünün "Tvitter"dəki mikrobloqunda yazıb.