...

Vilanova qayıdır

İdman Materials 2 Yanvar 2013 15:21 (UTC +04:00)
İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Tito Vilanova La Liqanın 18-ci turunda "Espanyol"a qarşı keçiriləcək oyunda komandasına rəhbərlik etmək niyyətindədir.
Vilanova qayıdır

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Tito Vilanova La Liqanın 18-ci turunda "Espanyol"a qarşı keçiriləcək oyunda komandasına rəhbərlik etmək niyyətindədir.

Trend xarici KİV-ə istinadən məlumat verir ki, 43 yaşlı məşçi işinə qayıtmaq üçün həkimlərdən icazə almalıdır.

Qeyd edək ki, "Barselona" - "Espanyol" matçı yanvarın 6-sı "Nou Kamp" stadionunda keçiriləcək.

Xatırladaq ki, Vilanova dekabrın sonlarında qulaqdibi vəzidə xərçəng şişinin aradan qaldırılması üzrə əməliyyat keçirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti