Azərbaycan, Bakı, 4 yanvar /Trend/
AZAL daha iki futbolçusu - Rəhman Musayev və Səbuhi Həsənovu heyətindən kənarlaşdırıb. Bu barədə Trend-əklubun mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, həmin futbolçular öz xahişləri ilə AZAL-la yollarını ayırıblar.
Qeyd edək ki, Bakı təmsilçisi daha öncə Aqil Nəbiyev, Yasin Abbasov və Artur Patraşla, Arif İsayevlə də yollarını ayırıb. AZAL-ın hələlik yeganə transferi isə Ruslan Zubkovdur.