...

Millimiz Ukrayna yığmasına məğlub oldu

İdman Materials 9 Yanvar 2013 16:45 (UTC +04:00)
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirin qrup mərhələsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib.
Millimiz Ukrayna yığmasına məğlub oldu

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirin qrup mərhələsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, yığmamız Peterburqski İdman-Konsert Kompleksində Ukrayna komandası ilə qarşılaşıb. Oyun 2:0 hesabı ilə ukraynalı futbolçuların xeyrinə başa çatıb.

Beləliklə, 3 oyundan 4 xal toplayan yığmamız (Azərbaycan - Litva 3:2, Azərbaycan - Çexiya 1:1) qrupda üçüncü yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti