...

"Kəpəz" heyətini dağıtdı

İdman Materials 10 Yanvar 2013 12:40 (UTC +04:00)
Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda beş oyunçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləni pozub.
"Kəpəz" heyətini dağıtdı

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

"Kəpəz" klubu daha beş futbolçusu ilə yollarını ayırıb.

Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda beş oyunçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləni pozub.

Belə ki, Pərvin Paşayev, Şahin Kərimov, Atin Abdullayev, Təbriz Hüseynli və Fərid Həşimzadə daha heyətdə yer almayacaq. O, cümlədən komandada icarə əsasında çıxış etmiş Emin İmaməliyev və Bəxtiyar Soltanovun da müqaviləsi başa çatıb. Hər iki yarımmüdafiəçi "Qarabağ"dan icarəyə götürülmüşdü.

Qeyd edək ki, "Kəpəz" ötən gün 4 futbolçusu ilə yollarını ayırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti