...

"Xəzər Lənkəran"da yeni türk mütəxəssis

İdman Materials 11 Yanvar 2013 16:18 (UTC +04:00)
"Xəzər Lənkəran" futbol klubunun gənclər inkişaf proqramının rəhbəri vəzifəsinə İlhan Akgül təyin olunub. Bu gün klubun ofisində türkiyəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.
"Xəzər Lənkəran"da yeni türk mütəxəssis

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

"Xəzər Lənkəran" futbol klubunun gənclər inkişaf proqramının rəhbəri vəzifəsinə İlhan Akgül təyin olunub. Bu gün klubun ofisində türkiyəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Trend klubun saytına istinadən məlumat verir ki, İlhan Akgül komandanın aşağı yaş qruplarına nəzarət edəcək. 41 yaşlı İlhan Akgül "Xəzər Lənkəran"a yaxşı tanışdır. O, vaxtilə klubda idman direktoru vəzifəsində çalışan Cüneyt Biçer tərəfindən digər türk məşqçilərlə birlikdə "Xəzər Lənkəran"a dəvət olunub və bir il ərzində aşağı yaş qruplarını çalışdırıb.

Cüneyt Biçer kimi İlhan Akgül də vaxtilə futbolçu həyatı yaşayıb. O, 19 il Türkiyənin müxtəlif liqalarında çıxış edən komandalarda 500 oyun keçirib, o cümlədən 7 il Superliqa təmsilçisi olmuş "Altay" klubunun şərəfini qoruyub.

İlhan Akgül məşqçi qismində artıq 6 ildir ki çalışır. O, UEFA-nın A kateqoriyalı məşqçilik lisenziyasına malikdir. Mütəxəssis Türkiyə millisinin aşağı yaş qrupları üzrə koordinator və məşqçi köməkçisi vəzifələrində çalışıb.

"Azərbaycan futbolu və "Xəzər Lənkəran" mənə yaxşı tanışdır, çünki mən 1 il burada çalışmışam. Bu amil mənim daha yaxşı nəticə göstərməyimə əlavə töhfə verəcək. Aşağı yaş qruplarına yüzlərlə uşaq gəlir və onlardan yalnız bir neçəsi yaxşı futbolçu kimi yetişir. Belə oyunçuları düzgün seçmək çox vacibdir. Biz çalışacağıq ki, futbolçular tək fiziki baxımdan yox, həm də insani və təhsil baxımından inkişaf etsinlər. Bu məqsədlə bizim 2 növ məşqimiz olacaq: 1. futbolçuların problemsiz daha yuxarı yaş qruplarına keçməsi və uyğunlaşması üçün onların fiziki baxımdan təkmilləşdirilməsi; 2. fərdi xarakterin formalaşması, futbolçuların reaksiyasının, taktika və koordinasiyaya uyğunlaşmasının təmin edilməsi. Bu tədbirlər nəticəsində biz bacarıqlı futbolçuların yetişməsinə nail olacağıq, futbolçu qabiliyyəti olmayanlar isə Azərbaycan üçün yaxşı xarakterə və insani keyfiyyətlərə malik vətəndaş olacaqlar", - Akgül bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti