Azərbaycan, Bakı, 18 yanvar / Trend müxbir M.Əliyev/
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov FIFA U-17 qadınlararası dünya çempionatının FIFA Təşkilat Komitəsinin daimi üzvü vəzifəsinə təyin edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü AFFA-dan bildirilib.
Qeyd edək ki, buna qədər Elxan Məmmədov qeyd olunan komitədə xüsusi müşavir vəzifəsində çalışırdı.