...

"Milan" hücum xəttini Balotelli ilə gücləndirmək istəyir

İdman Materials 28 Yanvar 2013 14:28 (UTC +04:00)
İtaliyanın Milan şəhərinin eyniadlı komandası hücumçu Mario Balotelllini transfer etmək üçün İngiltərənin "Mançester Siti" klubu ilə danışıqları davam etdirir.
"Milan" hücum xəttini Balotelli ilə gücləndirmək istəyir

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

İtaliyanın Milan şəhərinin eyniadlı komandası hücumçu Mario Balotelllini transfer etmək üçün İngiltərənin "Mançester Siti" klubu ilə danışıqları davam etdirir.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, "Milan" 22 yaşlı forvarda görə 20 milyon avro ödəməyə hazırdır. Lakin İtaliya nəhəngi bu məbləği 6 il müddətinə ödəmək istəyir.

Bu səbəbdən "şəhərlilər" italiyalı hücumçunun transfer qiymətini 25 milyon avroya yüksəldə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti