...

Bədii gimnastika üzrə XX Bakı birinciliyinin ilk qalibləri müəyyənləşib (FOTO)

İdman Materials 1 Fevral 2013 19:11 (UTC +04:00)
Fevralın 1-2-də bədii gimnastika üzrə XX Bakı şəhər birinciliyi keçirilir.
Bədii gimnastika üzrə XX Bakı birinciliyinin ilk qalibləri müəyyənləşib (FOTO)

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Fevralın 1-2-də bədii gimnastika üzrə XX Bakı şəhər birinciliyi keçirilir.

Trend-in məlumatına görə, cümə günü ilk yarış günü olub.

Yarışlar altı yaş qrupu (gənc oğlan və qız gimnastlar, habelə 2001-2002, 2003, 2004 və 2005-ci il təvəllüdlü gimnastlar) üzrə keçirilir.

Yarışlarda 93 gimnast, həmçinin 3 qrup kollektivi iştirak edir.

Bakı Gimnastika Məktəbi, "Neftçi" klubu, Respublika İdman Məktəbi Kompleksi, "Spartak" klubu, DİN idman cəmiyyəti və "Sərhədçi" klubunun idmançılarından başqa, yarışlarda "Bakı" peşəkar idman klubu və Nizami rayon Gənclər Yaradıcılıq Mərkəzinin gimnastları iştirak edirlər.

İlk yarış gününün nəticələrinə əsasən, 3 yaş kateqoriyasında ən yaxçı 3 idmançı müəyyənləşib.

2005-ci il təvəllüdlü idmançılar arasında ilk üçlük belə formalaşıb: Rəhimə Aslanlı, Leyla Yusubova, Xədicə Şəfiyeva.

2004-cü il təvəllüdlü gimnastlar arasında ən yaxşılar Arzu Cəlilova (I yer), Zərniyar Əliyeva (II yer) və Nərminə Səmədova (III yer) olublar.

2003-cü il təvəllüdlü gimnastlar arasında isə Ləman Hüseynova (I yer), Aydan Ağayeva (II yer) və Emiliya Nurəliyeva (III yer) medallara sahib çıxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti