...

Azərbaycan taekvondoçuları İrana yollanırlar

İdman Materials 2 Fevral 2013 13:58 (UTC +04:00)
Ötən ay Qəbələdə Dünya Taekvondo Federasiyasının Reabilitasiya Mərkəzində genişmiqyaslı təlim-məqşlərin ardından hazırlıqları davam etdirən idmançılarımız İran İslam Respublikasına yollanırlar.
Azərbaycan taekvondoçuları İrana yollanırlar

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Ötən ay Qəbələdə Dünya Taekvondo Federasiyasının Reabilitasiya Mərkəzində genişmiqyaslı təlim-məqşlərin ardından hazırlıqları davam etdirən idmançılarımız İran İslam Respublikasına yollanırlar.

Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev və milli komandaların baş məşqçisi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyevin rəhbərliyi ilə Tehranda nəzərdə tutulan təlim-məşqlərdə kişi və qadınlardan ibarət seçmə komandalarımız iştirak edəcək.

Qadınlardan ibarət milli komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev və kişilərdən ibarət seçmə komandanın böyük məşqçisi Elnur Amanov da 33 taekvondoçunun daxil edildiyi heyəti çalışdıracaqlar.

İranın Taekvondo Akademiyasında yerli milli komanda ilə birgə hazırlıqlar 3-13 fevral tarixlərinə planlaşdırılıb. Məşqçilər heyəti əsasən fiziki hazırlıqlara üstünlük veriləcəyini bildirib. Təlim-məşqlərə aşağıdakı siyahıda adları qeyd edilən taekvondoçular iştirak edəcəklər:

Kişilər:

-54 kq Samir Aydınov
-54 kq Vüqar Kərimov
-54 kq Məjid Sofiyev
-58 kq Samir Cavadlı
-58 kq Vüsal Məmmədov
-58 kq Ruslan Abbasov
-58 kq Pərvin Əliyev
-63 kq Ramik Nəzərov
-63 kq Səbuhi İsmayılzadə
-63 kq Tahr Hüsüynov
-68 kq Hüseyn Mehrəliyev
-68 kq Fariz Əliyev
-68 kq Namaz Heydərov
-74 kq İlkin Şahbazov
-74 kq Elvin Məmmədov
-74 kq Vladislav Subbotin
-80 kq Ramin Əzizov
-80 kq Xosrov Əhmədov
-80 kq Ramin Abdullayev
-87 kq Bayraməli Fəlyev
-87 kq Fərid Tağızadə
+87 kq Elman Əliyev

Qadınlar:

-46 kq Xəyalə Quliyeva
-46 kq Surə Fərəcli
-49 kq Nübar Hacıyeva
-49 kq Türkanə Tahirli
-49 kq Ülviyyə İskəndərova
-53 kq Günay Ağayeva
-53 kq Aygül Abdullayeva
-57 kq Günay Ağakişiyeva
-62 kq Səbinə Mikayılova
-62 kq Aytən Səmədli
-67 kq Fəridə Əzizova

Qonşu ölkəyə ayın 2-də yola düşən idmançılarımız fevralın 14-də Bakıya dönəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti