...

Azərbaycan idmançıları 7 günə 9 medal qazanıblar

İdman Materials 19 Mart 2013 18:18 (UTC +04:00)
12-18 mart tarixlərində Tailandın paytaxtı Banqkok şəhərində muay tay üzrə böyüklər və gənclər arasında dünya çempionatı keçirilib.
Azərbaycan idmançıları 7 günə 9 medal qazanıblar

Azərbaycan, Bakı, 19 mart /Trend/

12-18 mart tarixlərində Tailandın paytaxtı Banqkok şəhərində muay tay üzrə böyüklər və gənclər arasında dünya çempionatı keçirilib. Yarışda Azərbaycan 5 idmançı ilə təmsil olunub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 81 kq-da kişilər arasında Nahid Əsədov, gənclər arasında 67 kq-da Natiq Fətullayev çempionatın bürünc medallarını qazanıblar.

Həmin tarixlərdə İstanbul şəhərində keçirilən yeniyetmə və kadetlər arasında dünya çempionatında isə 12 idmançı ilə iştirak edən komandamızın üzvləri 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti