...

Azərbaycan - Portuqaliya oyununun hakimi dəyişdirilib

İdman Materials 19 Mart 2013 18:27 (UTC +04:00)
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyununa təyinatlarda dəyişiklik edilib.
Azərbaycan - Portuqaliya oyununun hakimi dəyişdirilib

Azərbaycan, Bakı, 19 mart /Trend/

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyununa təyinatlarda dəyişiklik edilib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, qarşılaşmanın hakim-inspektoru, əvvəlcədən xəbər verildiyi kimi, Vasili Melniçuk (Ukrayna) deyil, Levan Paniaşvili (Gürcüstan) olacaq.

Azərbaycan - Portuqaliya oyununa təyinatları bir daha diqqətinizə çatdırırıq:

Baş hakim: Andre Marriner
Baş hakimin köməkçiləri: Simon Peter Bennett, Stuart Burt
Dördüncü hakim: Antony Taylor

Hakimlər briqadası İngiltərədəndir.

Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
Komissar: İstvan Huszar (Macarıstan)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti