Azərbaycan, Bakı, 13 aprel /Trend/
Bu gün Azərbaycan Premyer Liqasının 26-cı turunun növbəti oyunları keçirilir.
Trend-in məlumatına görə, turun ikinci oyun günündə "Qəbələ" doğma meydanda "Bakı"nı qəbul edib.
Matçın 29-cu dəqiqəsində qəbələli futbolçular önə keçiblər; Viktor Mendi bakılıların qapısına yol tapıb. Əsas vaxta artırılmış dəqiqələrdə isə "Bakı"nın heyətində Rauf Əliyev hesabı bərabərləşdirib (1:1).
Turun digər oyunlarında isə "Qarabağ" "İnter"lə, "Turan" "Xəzər Lənkəran"la, "Simurq" isə "Neftçi" ilə qarşılaşacaq.
Qeyd edək ki, 26-cı tura aprelin 14-də keçiriləcək "Sumqayıt" - AZAL oyunu ilə yekun vurulacaq.