...

"Ayaks" ardıcıl 3-cü dəfə çempion oldu

İdman Materials 5 May 2013 18:20 (UTC +04:00)
Hollandiya futbol çempionatında (Eredivisie) doğma meydanda "Willem II" klubunu qəbul edən "Ayaks" rəqibini 5-0 hesabı ilə məğlub etməklə mövsümün sonuna bir həftə qalmış çempionluğunu elan edib.
"Ayaks" ardıcıl 3-cü dəfə çempion oldu

Azərbaycan, Bakı, 5 may /Trend/

Hollandiya futbol çempionatında (Eredivisie) doğma meydanda "Willem II" klubunu qəbul edən "Ayaks" rəqibini 5-0 hesabı ilə məğlub etməklə mövsümün sonuna bir həftə qalmış çempionluğunu elan edib.

Trend-in məlumatına görə, ən yaxın rəqibi PSV-ni 4 xal fərqi ilə geridə qoyaraq çempionatı ilk sırada tamamlayan Amsterdam klubu ardıcıl olaraq 3-cü dəfə çempion olub.

Oynadığı 33 maçtda 21 dəfə qələbə qazanan, 10 dəfə bərabərə qalan və 2 dəfə məğlub olan "Ayaks" "Eredivisie"dəki 32-ci çempionluq kubokunu əldə edib. Sonuncu yerdə olan "Willem II" isə I liqanın tərk edib.

Xəbər lenti

Xəbər lenti