Azərbaycan, Bakı, 14 may /Trend/
Bu gün Premyer Liqanın 31-ci turunun növbəti oyunları keçiriləcək.
Trend-in məlumatına görə, bu tur "Neftçi" çempionluğunu rəsmiləşdirə bilər.
Ona görə də günün ən maraqla gözlənilən oyunu Qəbələdə baş tutacaq. Belə ki, "Qəbələ"nin qonağı olacaq "Neftçi" bir xal qazansa belə, çempionluğunu bayram edəcək. Digər maraqlı qarşılaşma "Qarabağ"-"Bakı" matçı olacaq. "Bakı"nın çempionatda iddiası qalmasa da, "Qarabağ" ən azı gümüş medal uğrunda mübarizə aparır.
Daha bir görüş Zaqatalada keçiriləcək. Burada yerli "Simurq"la "İnter" üz-üzə gələcək. Zaqatala təmsilçisi "İnter"lə son oyunda 0:5 hesabı ilə məğlub olduğundan, bunun əvəzini çıxmağa çalışacaq. "İnter" də qalib gələrək, ikinci yer üçün mübarizəsini davam etdirməyə çalışacaq.
İkinci "altılıq"da isə bir görüş nəzərdə tutulub. "Rəvan" öz meydanında AZAL-ı qəbul edəcək.