Azərbaycan, Bakı, 24 may /Trend/
2015-ci ildən etibarən UEFA Avropa Liqasının qalibi Çempionlar Liqasında iştirak etmək hüququ əldə edəcək. Trend-in məlumatına görə, bu barədə qərar Londonda keçirilən UEFA-nın XXXVII Konqresində qəbul olunub.
Konqres təsdiqləyib ki, 2014/2015 mövsümündə Avropa Liqasının qalibi növbəti mövsümdə Çempionlar Liqasında çıxış edəcək.
Bu qərarla Avropa Liqasının populyarlığının artırılacağı ehtimal olunur.