...

Brazilayının əfsanəvi hücumçusu idman şərhçisi oldu

İdman Materials 3 İyun 2013 10:54 (UTC +04:00)
Brazilya yığmasının sabiq forvardı Ronaldo özünü idman teleşərhçisi qismində sınamağa başlayıb. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, əsl adı Ronaldo Luis Nazario de Lima olan məşhur "9 nömrə"nin şərh etdiyi ilk oyun "Marakana" stadionunda keçirilmiş Braziliya-İngiltərə matçı olub.
Brazilayının əfsanəvi hücumçusu idman şərhçisi oldu

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Brazilya yığmasının sabiq forvardı Ronaldo özünü idman teleşərhçisi qismində sınamağa başlayıb. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, əsl adı Ronaldo Luis Nazario de Lima olan məşhur "9 nömrə"nin şərh etdiyi ilk oyun "Marakana" stadionunda keçirilmiş Braziliya-İngiltərə matçı olub.

İki komanda arasında keçirilmiş beynəlxalq oyun 2:2 hesabı ilə yekunlaşıb. Ronaldonun teleşərhçi qismində debütü uğurlu alınıb. "Yekədiş"in sözlərinə görə, çox həyəcan keçirib və stadiona ona uğur gətirən ailə talismanları ilə gəlib.

Qeyd edək ki, Ronaldo Konfederasiya Kubokunda canlı efirdə matçları şərh edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti