...

Ərdoğan: 2020 İstanbul Olimpiya Oyunlarının hazırlığını keçirik

İdman Materials 21 İyun 2013 03:13 (UTC +04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Mersində XVII Ağdəniz Olimpiya Oyunlarının açılış mərasimində deyib ki, 2020 İstanbul Olimpiya Oyunlarının hazırlığını keçirik.
Ərdoğan: 2020 İstanbul Olimpiya Oyunlarının hazırlığını keçirik

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Mersində XVII Ağdəniz Olimpiya Oyunlarının açılış mərasimində deyib ki, 2020 İstanbul Olimpiya Oyunlarının hazırlığını keçirik.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verib.

Ərdoğan bildirib ki, biz Ağdənizin hər zaman ağ qalmasını arzu edirik.

"Ağdənizin nə qanla, nə göz yaşları ilə, nə də ədavətlərlə kirləndirilməsini istəmirik. Məhz, Ağdəniz Olimpiya Oyunları arzumuzun bir ifadəsidir. Ağdəniz Olimpiya Oyunları idman dililə barışa, dostluğa, qardaşlığa edilən çağırışdır" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti