Azərbaycan, Bakı, 3 iyul /Trend/
Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo İngiltərə futbolu, xüsusilə "Mançester Yunayted"də oynadığı dövrlər üçün darıxır.
Trend-in çərşənbə günü xarici KİV-ə istinadən verdiyi məlumata görə, futbolçu "Qırmızı şeytanlar"ın heyətində keçirdiyi illərin karyerasının ən parlaq dövrlərindən biri olduğunu deyib.
Bununla belə, 28 yaşlı futbolçu "Real"da çıxış etməsindən zövq aldığını bildirib: "Gələcəkdə nə olacağını heç kəs bilmir. Lakin mən indiki komandamda çıxış etdiyimə görə xoşbəxtəm".