...

“Çelsi” klubu Van Kinkelin keçidini elan edib

İdman Materials 4 İyul 2013 12:42 (UTC +04:00)
İngiltərənin “Çelsi” klubu Niderlandın “Vitess” klubu ilə yarımmüdəfiəçi Marko van Kinkelin keçidi ilə əlaqədar prinsipial razılığa gəlib.
“Çelsi” klubu Van Kinkelin keçidini elan edib

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir E.Tanrıverdiyev/

İngiltərənin "Çelsi" klubu Niderlandın "Vitess" klubu ilə yarımmüdəfiəçi Marko van Kinkelin keçidi ilə əlaqədar prinsipial razılığa gəlib. Trend-in məlumatına görə, bu barədə məlumat İngiltərə klubunun rəsmi saytında yerləşdirilib.

Yaxın vaxtlarda oyunçu tibbi müayinədən keçmək və şəxsi müqaviləni imzalamaq üçün Londona gələcək. Razılaşmanın maliyyə tərəfləri açıqlanmır.

Daha əvvəl məlumat verilirdi ki, Niderlandın gənclərdən ibarət yığma komandasının üzvü 8,5 milyon avro müqabilində Çelsiyə keçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti