...

Naxçıvanda futbol üzrə region liqasının yaradılması planlaşdırılır

İdman Materials 10 İyul 2013 17:47 (UTC +04:00)
Naxçıvan Muxtar Respubliasında futbol üzrə Azərbaycan çempionatının region liqasının təşkil edilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib.
Naxçıvanda futbol üzrə region liqasının yaradılması planlaşdırılır

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İzzət/

Naxçıvan Muxtar Respubliasında futbol üzrə Azərbaycan çempionatının region liqasının təşkil edilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, kütləvi informasiya vasitələrində Naxçıvanın "Araz" komandasının Azərbaycan çempionatının 1-ci liqasına buraxılmamasına dair yayılan xəbərlər həqiqətəuyğun deyil:

"Bəli, Naxçıvanın "Araz" klubu 1-ci liqada iştirak etmək üçün AFFA-ya müraciət edib. Biz buna çox şad olduq ki, Naxçıvanda da futbol komandası olacaq. Biz artıq bəzi variantlar fikirləşirik. Bilirsiniz ki, 1-ci liqadakı komandaların maliyyə imkanları o qədər də böyük deyil. Komandanın tərkibində bir yerə 40 nəfər adam gedib-gəlməlidir. Onların təyyarə ilə getməsi, orada qalması çox çətindir".

R.Abdullayev qeyd edib ki, AFFA Naxçıvanda regional yarışların keçirilməsinə çalışır. O, artıq bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədova göstəriş verdiyini də deyib:

"Artıq UEFA ilə də danışıqlara başlanılıb. Biz Naxçıvanda regional yarışların keçirilməsi üzərində çalışırıq. Biz bu variantın üzərində çalışırıq ki, Naxçıvan Muxtar Respublikasının 6 rayonunda region liqasının yarışları keçirilsin. O liqanın qalibi ilə Azərbaycan çempionatının 1-ci liqasının qalibinin görüşündən sonra onlardan biri yüksək liqaya çıxa bilsin. Biz istərdik ki, Naxçıvanın "Araz" komandası oynasın və Naxçıvanda futbol inkişaf etsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti