...

"Mançester Siti" və "Sevilya" Neqredonun keçidi ilə bağlı razılığa gəliblər

İdman Materials 16 İyul 2013 12:30 (UTC +04:00)
İspaniyanın "Sevilya" klubunun hücumçusu Alvaro Neqredo növbəti mövsümdən etibarən İngiltərənin "Mançester Siti" klubunun heyətində çıxış edəcək.
"Mançester Siti" və "Sevilya" Neqredonun keçidi ilə bağlı razılığa gəliblər

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir E.Tanrıverdiyev/

İspaniyanın "Sevilya" klubunun hücumçusu Alvaro Neqredo növbəti mövsümdən etibarən İngiltərənin "Mançester Siti" klubunun heyətində çıxış edəcək. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Futbolçunun transferinə görə İngiltərə klubu 25 milyon avro ödəyəcək. Bundan əlavə, İspaniya təmsilçisi bonus olaraq 3 milyon avro da əldə edə bilər.

Ötən mövsüm 27 yaşlı Neqredo İspaniya çempionatında 36 oyunda meydana çıxıb, 25 dəfə fərqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti