Azərbaycan, Bakı, 16 iyul /Trend/
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Pekində keçirilən şahmat üzrə Qran-pri yarışının qalibi olub.
Trend-in məlumatına görə, son turda Boris Gelfandla xalları bölən qrossmeysterimiz ikinci yeri tutan Aleksandr Qrişşuku yarım xal qabaqlayaraq Qran-prini qazanıb. 11 görüşdən 5-də qalib gələn Şəhriyar 7 xal toplayaraq dünyanın ən yaxşı şahmatçılarından biri olduğunu sübut edib.
Xatırladaq ki, Məmmədyarov son bir ayda qatıldığı 4 superturnirin 3-nün qalibi olub və dünya reytinqində böyük sıçrayış edərək hazırkı dünya çempionu Vişvanatan Ananddan 0.7 xal geri qalır.