...

"Fənərbağça" "Xəzər Lənkəran"a qalib gəldi: 4:0

İdman Materials 21 İyul 2013 23:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul /Trend/

"Fənərbağça" "Xəzər Lənkəran"a qalib gəlib. Trend-in məlumatına görə, "Xəzər Lənkəran" klubunun növbəti layihəsi çərçivəsində "ağ yaşıllar" bu gün Türkiyə nəhəngi "Fənərbağça" ilə yoldaşlıq görüşü keçiriblər.

Lənkəran şəhər stadionunda keçiriləcək oyunu FİFA referisi Vüsal Əliyev idarə edib.

Böyük maraq kəsb edən matç 4:0 hesabı ilə "Fənərbağça"nın qələbəsilə başa çatıb.

Oyunda qolları 4-cü dəqiqədə Mikal Kadleç, 45-ci dəqiqədə Vebo, 89-cu dəqiqədə Mehmet Topuz və 93-cü dəqiqədə Raul Mereleş vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti