Azərbaycan, Bakı, 22 iyul /Trend/
İspaniyanın "Barselona" futbol klubunun rəhbərliyi baş məşqçi postuna iki namizəd müəyyənləşdirib. Trend-in bazar ertəsi xarici KİV-ə istinadən verdiyi məlumata görə, əsas namizədlər argentinalı Xerardo Martino və ispaniyalı Luis Enrikedir.
Onların şansı bərabər qiymətləndirilir. Əgər hər ikisi ilə razılıq əldə olunmasa, o zaman "Tottenhem"in baş məşqçisi Andre Villaş-Boaşın namizədliyinə baxılacaq.
Yekun qərarın yaxın vaxtlarda, hətta bazar ertəsi qəbul ediləcəyi istisna edilimir.