...

"Baku Cup 2013" turnirində ikinci günün oyunları başa çatdı

İdman Materials 22 İyul 2013 18:56 (UTC +04:00)
Ümumi mükafat fondu 235 min dollar olan turnirin ikinci günündə təsnifat mərhələsinə yekun vuruldu.
"Baku Cup 2013" turnirində ikinci günün oyunları başa çatdı

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Ümumi mükafat fondu 235 min dollar olan turnirin ikinci günündə təsnifat mərhələsinə yekun vuruldu. Bu gün keçirilən 6 təsnifat matçından sonra əsas mərhələyə ("main draw") vəsiqə qazanan 6 tennisçi müəyyənləşdi.

Azərbaycan Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, bu oyunlarla paralel olaraq əsas mərhələ oyunlarına da start verilib. Belə ki, əsas mərhələnin ilk turunda artıq 4 matç başa çatıb və 4 tennisçi 2-ci mərhələyə yüksəlib.

İlk turda Azərbaycan təmsilçisi Nəzrin Cəfərova çıxış etsə də, xorvatilayı Donna Vekiçə məğlub olaraq mübarizəni dayandırıb.

Məlumat üçün bildirək ki, sabah 1-ci turun daha 8 matçı keçiriləcək. Bu oyunlarla paralel olaraq cütlərin ("doubles") mübarizəsinə də start veriləcək.

İyulun 22-də baş tutan bütün oyunların nəticələrini təqdim edirik:

Təsnifat mərhələsi

Maqda Linette (Pol) - İrina Buryaçok (Ukr) 2-0 (6:2, 7:5)
Veronika Kapşay (Ukr) - Yuliya Kalabina (Rus) 2-0 (6:1, 6:3)
Oleksandra Koraşvili (Ukr) - Oksana Kalaşnikova (Gür) 0-2 (2:6, 1:6)
Katerina Kozlova (Ukr) - Marina Melnikova (Rus) 2-0 (6:3, 6:4)
Ysaline Bonaventure (Bel) - Tereza Martinkova (Çex) 0-2 (2:6, 4:6)
Alberta Briyanti (İta) - Tetyana Arefyeva (Ukr) 1-2 (6:1, 4:6, 1:6)

Əsas mərhələnin 1-ci turu

Mixaella Krayçek (Hol) - Aleksandra Kadantsu (Rum) 1-2 (6:1, 0:6, 3:6)
Nəzrin Cəfərova (Azə) - Donna Vekiç (Xor) 0-2 (1:6, 0:6)
Tadeya Mayeriç (Slo) - Karolina Plişkova (Çex) 2-0 (7:5, 6:4)
Uns Cabir (Tun) - Dariya Qavrilova (Rus) 2-0 (6:4, 6:0)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti