...

"Skenderbeu" - "Neftçi" oyunu canlı yayımlanacaq

İdman Materials 23 İyul 2013 16:44 (UTC +04:00)
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Skenderbeu” - “Neftçi” oyunu canlı yayımlanacaq.
"Skenderbeu" - "Neftçi" oyunu canlı yayımlanacaq

Azərbaycan, Bakı, 23 iyul /Trend/

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Skenderbeu" - "Neftçi" oyunu canlı yayımlanacaq. Bunu Trend-ə paytaxt klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.

Onun sözlərinə görə, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyun "İdman Azərbaycan" kanalı vasitəsilə yayımlanacaq.

Abbaszadə qeyd edib ki, Azərbaycan təmsilçisi oyuna qara sarğı ilə çıxacaq: "23 iyul Ağdam rayonunun işğalının 20-ci ilinə təsadüf etdiyindən "Neftçi" UEFA nümayəndələrinə müraciət edərək meydana qara sarğı ilə çıxmağı və matçdan öncə Qarabağ uğrunda döyüşlərdə şəhid olan Azərbaycan övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasına razılıq verilməsini xahiş edib. Bu müraciətə bu gün UEFA nümayəndələri razılıq veriblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti