...

“Makkabi”yə biabırçı uduzan "Xəzər-Lənkəran" daha iki futbolçunu heyətindən uzaqlaşdırdı (ƏLAVƏ OLUNUB)

İdman Materials 26 İyul 2013 12:03 (UTC +04:00)
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi”(Hayfa) ilə cavab qarşılaşmasında qeydə alınan böyük hesablı məğlubiyyət sonrası “Xəzər Lənkəran” klubu rəhbərliyi baş məşqçi Con Toşakla matçdan dərhal sonra görüşərək çalışdırıcının hesabatını dinləyib.
“Makkabi”yə biabırçı uduzan "Xəzər-Lənkəran" daha iki futbolçunu heyətindən uzaqlaşdırdı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Makkabi"(Hayfa) ilə cavab qarşılaşmasında qeydə alınan böyük hesablı məğlubiyyət sonrası "Xəzər Lənkəran" klubu rəhbərliyi baş məşqçi Con Toşakla matçdan dərhal sonra görüşərək çalışdırıcının hesabatını dinləyib.

Klubun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, komandanın bir həftə öncə səfər meydanında 0-2 hesabı ilə məğlub olduğu rəqibə doğma azarkeşlərimizin qarşısında böyük hesabla məğlub olması bəzi futbolçuların peşəkar futbolçuya yaraşmayan şəkildə meydanda mübarizə aparması, klub daxili ab-havanı pozduqları müəyyən olunub.

Bunu əsas götürən "Xəzər Lənkəran" klubu bu gün iki futbolçunu əsas komandadan göndərib. Belə ki, braziliyalı müdafiəçi Eder Bonfim və ispaniyalı qapıçı Toni Doblas əsas komandadan uzaqlaşdırılıb. Əlavə olaraq qeyd edək ki, göndəriləcək digər futbolçular barədə də ictimaiyyətə məlumat veriləcək.

"Xəzər Lənkəran" klubu daha iki futbolçunu da əsas komandadan uzaqlaşdırılıb. Adrian Pit və Marin Orsuliçdə əsas komandadan kənarlaşdırılıb. Adıçəkilən oyunçular peşəkar futbolçuya yaraşmayan hərəkətləri və komanda daxilində ab-havanı pozduqları üçün onlar haqqında mövcud qərar verilib.

Qeyd edək ki, "Xəzər Lənkəran" Avropa Kubokunun II təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) komandası ilə cavab qarşılaşmasında 0:8 hesabı ilə uduzmuşdu. İlk oyun israililərin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti