...

Bayılda "neft" fontan vurdu, təyyarəçilərin ikinci "uçuş"u uğurlu alındı (ƏLAVƏ OLUNUB)

İdman Materials 10 Avqust 2013 23:00 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasının II turuna start verilib.
Bayılda "neft" fontan vurdu, təyyarəçilərin ikinci "uçuş"u uğurlu alındı (ƏLAVƏ OLUNUB)

"Rəvan" - "Neftçi" oyunu barədə məlumat əlavə olunub (ilk xəbər saat 20:50-də yayılıb)

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının II turuna start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə AZAL "Bakı" ilə qarşılaşıb.

İlk qol təyyarəçilərdən gəlib - 27-ci dəqiqədə Viktor İqbekoi fərqlənib. Oyunda başqa qol qeydə alınmayıb (1:0).

Qeyd edək ki, I turda AZAL "Neftçi"yə 1:4, "Bakı" isə "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olmuşdu.

Bu günün digər oyunu da Bakı keçirilib. "Rəvan" "Neftçi"ni qəbul edib.

Oyunda qolları 15 və 86-cı dəqiqələrdə "Neftçi"nin özbək futbolçusu Bahodır Nasimov vurub - 0:2.

78-ci dəqiqədə "Rəvan"ın futbolçusu Miloş Adamoviç qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Tura avqustun 11-də keçiriləcək üç oyunla yekun vurulacaq. "Qəbələ" "İnter"i, "Xəzər Lənkəran" "Simurq"u, "Qarabağ" isə "Sumqayıt"ı qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti